14 noyabr 2026. Şənbə

“Ayaks”dan çətin qələbə


“Ayaks”dan çətin qələbə

Niderland çempionatının VII turunda “NAC Breda” səfərdə “Ayaks”la qarşılaşıb.

90deqiqe.Az xəbər verir ki, oyun dördüncü dəqiqədə Oscar Glukhun cərimə zərbəsindən vurduğu qol ilə “Ayaks”ın hesabı açması ilə başlayıb. Qonaqlar sürətlə cavab veriblər: Sidney van Hoydonk penalti zərbəsi ilə topu qapıçıdan keçirdərək hesabı bərabərləşdirib – 1:1. O, həmçinin oyunda əlavə qol vurub, lakin VAR tərəfindən ofsayd olduğu üçün qol ləğv edilib.

İkinci hissənin ilk hücumunda Davi Klassen müdafiəçiyə dəydi, topu isə Kenneth Taylor torlara göndərərək “Ayaks”ı önə çıxarıb – 2:1. Kamal Sova cavab olaraq qol vurub, amma bu da ofsayd vəziyyəti səbəbindən sayılmayıb. 71-ci dəqiqədən etibarən qonaqlar on nəfər qalıb – Maksimilien Balar ikinci sarı vərəqə alaraq meydanı tərk edib.

Hazırda “Ayaks” 1 xal fərqlə “Feyenoord”dan sonra ikinci sıradadır. “NAC Breda” isə turnir cədvəlində 12-ci pilləni paylaşır.







Niderland E.D.

PSV “Kambur”u darmadağın etdi
  • Niderland E.D.
  • 22:01 08.11.2026
PSV “Kambur”u darmadağın etdi
PSV “Villem II”ni darmadağın etdi
  • Niderland E.D.
  • 23:54 31.10.2026
PSV “Villem II”ni darmadağın etdi
“Ayaks” NЕК-lə heç-heçə etdi
  • Niderland E.D.
  • 01:33 11.10.2026
“Ayaks” NЕК-lə heç-heçə etdi