20 mart 2026. Cümə

“Ayaks" klounlar məclisinə çevrilib”


“Ayaks" klounlar məclisinə çevrilib”

Futbol dünyasının əfsanəvi simalarından biri, “Ayaks” və “Milan” keçmiş ulduzu Marqo van Basten öz doğma klubu “Ayaks”ın son illərdəki uğursuz nəticələrindən ciddi narazılığını ifadə edib.

90deqiqe.Az xəbər verir ki, “Milan”la dünya şöhrəti qazanmış niderlandlı keçmiş hücumçu "Ziggo Sport"a verdiyi müsahibədə klubun idarəetmə siyasətini sərt şəkildə tənqid edərək, “Ayaks”ı “klounlar məclisi” adlandırıb.

Van Basten, xüsusilə keçmiş baş məşqçi Con van’t Skipə dəstəyini ifadə edib. O, van’t Skipin kluba rəhbərlik etmək üçün lazımi səlahiyyətlərə malik olacağına ümid bəslədiyini, lakin rəhbərliyin bu imkanı əldən verdiyini bildirib:

“Con van’t Skip futbola həsr olunmuş bir insandır və klubun iş mexanizmini dərindən bilir. Ancaq rəhbərlik belə insanları kənarlaşdırır. ‘Ayaks’ artıq klounlar məclisinə çevrilib.”

Xatırladaq ki, Marqo van Basten 1981-1987-ci illərdə “Ayaks”ın formasını geyinib və bu müddətdə klubla bir çox uğurlar qazanıb. Lakin son illərdə “Ayaks”ın Avropa səhnəsindəki zəif performansı və daxili idarəetmə problemləri əfsanəvi futbolçunun narazılığına səbəb olub.







Niderland E.D.

"Ayaks" və "AZ Alkmaar"dan darmadağın
  • Niderland E.D.
  • 23:21 15.03.2026
"Ayaks" və "AZ Alkmaar"dan darmadağın
NEK PSV-nin rekord seriyasına son qoydu
  • Niderland E.D.
  • 13:12 15.03.2026
NEK PSV-nin rekord seriyasına son qoydu
PSV evdə məğlub oldu
  • Niderland E.D.
  • 00:04 15.03.2026
PSV evdə məğlub oldu
“Feyenoord” autsayderlə bacarmadı
  • Niderland E.D.
  • 23:29 08.03.2026
“Feyenoord” autsayderlə bacarmadı
Zinçenko rəsmən "Ayaks"da
  • Niderland E.D.
  • 21:55 01.02.2026
Zinçenko rəsmən "Ayaks"da
Ten Haqın yeni iş yeri bəlli oldu
  • Niderland E.D.
  • 23:05 06.01.2026
Ten Haqın yeni iş yeri bəlli oldu