14 noyabr 2026. Şənbə

“Ayaks” baş məşqçisi ilə yollarını ayırdı


“Ayaks” baş məşqçisi ilə yollarını ayırdı

Niderlandın “Ayaks” klubu baş məşqçisi Con Heytinqa ilə yollarını ayırıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Müqavilə rəhbərliyin təşəbbüsü ilə ləğv edilib.

Xatırladaq ki, çərşənbə günü “Ayaks” evdə “Qalatasaray” qarşısında darmadağın olub – 0:3. Dörd turun nəticəsinə görə Amsterdam təmsilçisi Çempionlar Liqasının ümumi mərhələsində son – 36-cı pillədə qərarlaşıb.

Niderland çempionatında da komandanın vəziyyəti ürəkaçan deyil – “Ayaks” 20 xalla cəmi 4-cü yerdədir.

Heytinqa 2025-ci ilin yayında komandanın baş məşqçisi vəzifəsinə təyin edilmişdi. Artıq klubun rəhbərliyi onu əvəzləyə biləcək namizədləri nəzərdən keçirir.







Niderland E.D.

PSV “Kambur”u darmadağın etdi
  • Niderland E.D.
  • 22:01 08.11.2026
PSV “Kambur”u darmadağın etdi
PSV “Villem II”ni darmadağın etdi
  • Niderland E.D.
  • 23:54 31.10.2026
PSV “Villem II”ni darmadağın etdi
“Ayaks” NЕК-lə heç-heçə etdi
  • Niderland E.D.
  • 01:33 11.10.2026
“Ayaks” NЕК-lə heç-heçə etdi