14 noyabr 2026. Şənbə

"Ayaks" yeni baş məşqçi tapıb


"Ayaks" yeni baş məşqçi tapıb

Niderlandın “Ayaks” klubuna yeni baş məşqçi təyin oluna bilər.

90deqiqe.Az xəbər verir ki, bu vəzifəyə “Volfsburq”un sabiq çalışdırıcısı Pol Simonis nəzərdən keçirilir.

Məlumata görə, “Ayaks”ın texniki direktoru Aleks Krus 40 yaşlı mütəxəssislə danışıqlara başlayıb.

Qeyd olunur ki, niderlandlı mütəxəssis hələ ötən yay klubun qısa namizədlər siyahısında yer alıb, lakin o zaman o, “Volfsburq”u çalışdırmaq qərarına gəlib. Lakin mütəxəssis Almaniya klubunda cəmi dörd ay işləyib.

Hazırda “Ayaks” Niderland çempionatının turnir cədvəlində 12 turdan sonra 20 xalla 4-cü pillədə qərarlaşıb. Komandanın liderdən geri qalması 11 xal təşkil edir.







Niderland E.D.

PSV “Kambur”u darmadağın etdi
  • Niderland E.D.
  • 22:01 08.11.2026
PSV “Kambur”u darmadağın etdi
PSV “Villem II”ni darmadağın etdi
  • Niderland E.D.
  • 23:54 31.10.2026
PSV “Villem II”ni darmadağın etdi
“Ayaks” NЕК-lə heç-heçə etdi
  • Niderland E.D.
  • 01:33 11.10.2026
“Ayaks” NЕК-lə heç-heçə etdi