14 may 2026. Cümə axşamı

“Ayaks”–“Qroningen” matçı dayandırıldı


“Ayaks”–“Qroningen” matçı dayandırıldı

Niderland çempionatında “Ayaks” ilə “Qroningen” arasında keçirilən oyun bazar günü start fitindən az sonra yarımçıq dayandırılıb.

90deqiqe.Az-ın məlumatına görə, buna səbəb tribunaların arxasında qalan sektorların birində iri miqyaslı pirotexniki alovlanmaların baş verməsi olub. Baş hakim təhlükəsizlik səbəbilə matçı dərhal dayandırıb. “Ayaks” üçün texniki məğlubiyyətin qeydə alınması istisna edilmir.

Amsterdam klubunun rəsmi açıqlamasında insident “biabırçılıq” kimi qiymətləndirilib. Klub azarkeşlərin təhlükəsizliyinin riskə atıldığı üçün üzrxahlıq edib və stadionda pirotexnikanın yolverilməz olduğunu vurğulayıb.

“Azarkeşlər yoxlanılıb. Pirotexnikanın aşkar edilməsi üçün itlər stadion açılmadan əvvəl və fanatlar arenaya daxil olarkən cəlb olunub. Əlavə profilaktik tədbirlər də görülüb. Bununla belə, vəziyyətin baş verməsinin qarşısını ala bilmədik”, – deyə “Ayaks”ın açıqlamasında qeyd olunub.

Klub hadisəyə görə məsul şəxslərin müəyyən edilməsi üçün kameraların görüntülərini araşdıracağını və günahkarların məsuliyyətə cəlb olunacağını bildirib.







Niderland E.D.

PSV 27-ci çempionluğunu qazandı
  • Niderland E.D.
  • 20:16 05.04.2026
PSV 27-ci çempionluğunu qazandı
PSV-dən çətin qələbə
  • Niderland E.D.
  • 22:56 04.04.2026
PSV-dən çətin qələbə
"Ayaks" və "AZ Alkmaar"dan darmadağın
  • Niderland E.D.
  • 23:21 15.03.2026
"Ayaks" və "AZ Alkmaar"dan darmadağın
NEK PSV-nin rekord seriyasına son qoydu
  • Niderland E.D.
  • 13:12 15.03.2026
NEK PSV-nin rekord seriyasına son qoydu
PSV evdə məğlub oldu
  • Niderland E.D.
  • 00:04 15.03.2026
PSV evdə məğlub oldu
“Feyenoord” autsayderlə bacarmadı
  • Niderland E.D.
  • 23:29 08.03.2026
“Feyenoord” autsayderlə bacarmadı
Zinçenko rəsmən "Ayaks"da
  • Niderland E.D.
  • 21:55 01.02.2026
Zinçenko rəsmən "Ayaks"da