16 avqust 2026. Bazar günü

"Ayaks"ın Zinçenko üçün planı dəyişdi


"Ayaks"ın Zinçenko üçün planı dəyişdi

“Nottingem Forest”də icarə əsasında çıxış edən müdafiəçi Aleksandr Zinçenko karyerasını “Ayaks” klubunda davam etdirə bilər.

90deqiqe.Az-ın "Voetbal International"a istinadən məlumata görə, Amsterdam təmsilçisi ukraynalı futbolçunu “Arsenal”dan icarəyə götürməyi planlaşdırır.

Lakin tərəflər artıq tam transfer üzrə razılığa gəliblər. “Ayaks”ın icarə üçün ödəməli olduğu məbləğ London klubuna futbolçunun müqaviləsini almaq üçün istifadə olunacaq.

29 yaşlı Zinçenkonun “Ayaks”la müqaviləsi mövsümün sonuna qədər nəzərdə tutulub. Əgər tərəflər əməkdaşlıqdan razı qalsalar, yayda müqavilənin müddətini uzatmaq barədə danışacaqlar.

Qeyd edək ki, mövsümün ilk yarısını Zinçenko “Nottingem Forest”da icarə əsasında keçirmişdi.







Niderland E.D.

PSV evdə qələbəni əldən verdi
  • Niderland E.D.
  • 00:09 09.08.2026
PSV evdə qələbəni əldən verdi
Duşan Tadiç Niderlanda qayıtdı
  • Niderland E.D.
  • 21:38 27.07.2026
Duşan Tadiç Niderlanda qayıtdı