13 avqust 2026. Cümə axşamı

Zinçenko rəsmən "Ayaks"da


Zinçenko rəsmən "Ayaks"da

Ukrayna millisinin sol cinah müdafiəçisi Aleksandr Zinçenko karyerasını Niderlandın “Ayaks” klubunda davam etdirəcək.

90deqiqe.Az-ın məlumata görə, bu barədə Amsterdam təmsilçisi sosial şəbəkə "X"dəki rəsmi hesabında məlumat yayıb.

Daha əvvəl mətbuatda yayılan xəbərlərə görə, “Ayaks” futbolçunun transferi üçün  “Arsenal” klubuna 1,5 milyon avro ödəyəcək. Müqavilədə həmçinin Zinçenkonun Çempionlar Liqasındakı çıxışları ilə bağlı bonusların da nəzərdə tutulduğu bildirilir.

Cari mövsümdə Zinçenko 10 oyunda meydana çıxsa da, məhsuldar göstərici ilə yadda qalmayıb. Ukraynalı futbolçu mövsümün bir hissəsində “Nottingem Forest”də icarə əsasında çıxış edib. Daha əvvəl isə o, “Mançester Siti” və Rusiyanın “Ufa” klublarının formasını geyinib.







Niderland E.D.

PSV evdə qələbəni əldən verdi
  • Niderland E.D.
  • 00:09 09.08.2026
PSV evdə qələbəni əldən verdi
Duşan Tadiç Niderlanda qayıtdı
  • Niderland E.D.
  • 21:38 27.07.2026
Duşan Tadiç Niderlanda qayıtdı
Lui van Qal "Ayaks"dan ayrıldı
  • Niderland E.D.
  • 17:33 02.07.2026
Lui van Qal "Ayaks"dan ayrıldı