9 mart 2026. Bazar ertəsi

"Ayaks" Zinçenkonun zədəsi ilə bağlı açıqlama yaydı


"Ayaks" Zinçenkonun zədəsi ilə bağlı açıqlama yaydı

"Ayaks" müdafiəçisi Aleksandr Zinçenkonun zədəsi ilə bağlı açıqlama yayıb.

90deqiqe.Az-ın məlumatına görə, müayinələr nəticəsində 29 yaşlı oyunçunun dizində ciddi zədə aşkarlanıb və cərrahi əməliyyata ehtiyac olduğu müəyyənləşib. Zinçenko yaxın günlərdə əməliyyat olunacaq.

Bərpa müddəti ilə bağlı dəqiq vaxt açıqlanmasa da, bəyanatda futbolçunun uzun müddət yaşıl meydanlardan uzaq qalacağı və mövsümün onun üçün başa çatdığı vurğulanıb. Bildirilir ki, bu tip zədələrdən sonra bərpa prosesi ən yaxşı halda azı altı ay davam edir.

Qeyd edək ki, ukraynalı futbolçu ötən həftəsonu “Ayaks”ın "Fortuna Sittard"la keçirdiyi oyunda zədələnərək matçın əvvəlində əvəzlənmişdi.







Niderland E.D.

“Feyenoord” autsayderlə bacarmadı
  • Niderland E.D.
  • 23:29 08.03.2026
“Feyenoord” autsayderlə bacarmadı
Zinçenko rəsmən "Ayaks"da
  • Niderland E.D.
  • 21:55 01.02.2026
Zinçenko rəsmən "Ayaks"da
Ten Haqın yeni iş yeri bəlli oldu
  • Niderland E.D.
  • 23:05 06.01.2026
Ten Haqın yeni iş yeri bəlli oldu