18 iyul 2026. Şənbə

“Ayaks”ın yeni baş məşqçisi müəyyənləşdi


“Ayaks”ın yeni baş məşqçisi müəyyənləşdi

Niderlandın “Ayaks” klubu baş məşqçi postuna yeni təyinat etməyə hazırlaşır.

 90deqiqe.Az xəbər verir ki, bu barədə tanınmış futbol insayderi Fabritsio Romano məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, Amsterdam təmsilçisinin yeni çalışdırıcısı ispaniyalı mütəxəssis Miçel Sançes olacaq. Tərəflər arasında prinsipial razılıq əldə olunub və yaxın günlərdə rəsmi müqavilənin imzalanacağı gözlənilir.

50 yaşlı məşqçi son olaraq İspaniyanın “Jirona” klubuna rəhbərlik edib. Lakin komanda başa çatan mövsümdə uğursuz çıxış edərək ölkənin II Liqasına yuvarlanıb.

Qeyd edək ki, “Ayaks” rəhbərliyi yeni mövsüm öncəsi komandanın yenidən ölkə futbolunun zirvəsinə qayıtması və Avropada iddialı çıxış etməsi üçün Miçel Sançesə etimad göstərib.







Niderland E.D.

Lui van Qal "Ayaks"dan ayrıldı
  • Niderland E.D.
  • 17:33 02.07.2026
Lui van Qal "Ayaks"dan ayrıldı
PSV 27-ci çempionluğunu qazandı
  • Niderland E.D.
  • 20:16 05.04.2026
PSV 27-ci çempionluğunu qazandı
PSV-dən çətin qələbə
  • Niderland E.D.
  • 22:56 04.04.2026
PSV-dən çətin qələbə
"Ayaks" və "AZ Alkmaar"dan darmadağın
  • Niderland E.D.
  • 23:21 15.03.2026
"Ayaks" və "AZ Alkmaar"dan darmadağın
NEK PSV-nin rekord seriyasına son qoydu
  • Niderland E.D.
  • 13:12 15.03.2026
NEK PSV-nin rekord seriyasına son qoydu