- Niderland E.D.
- 23:33 07.06.2026
Niderlandın “Feyenoord” klubu baş məşqçi Robin van Persie ilə əməkdaşlığa son qoyub.
90deqiqe.Az xəbər verir ki, bu barədə "Voetbal International" məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, klub rəhbərliyi komandanın son mövsümdə əldə etdiyi nəticələrə baxmayaraq, baş məşqçi postunda dəyişiklik etmək qərarına gəlib.
Van Persi 2025-ci ilin fevralında “Feyenoord”un əsas komandasının sükanı arxasına keçmişdi. Onun rəhbərliyi altında kollektiv 58 rəsmi oyunda 30 qələbə qazanıb, 9 dəfə heç-heçə edib və 19 məğlubiyyət alıb.
“Feyenoord” ötən mövsüm Eredivisiedə ikinci yeri tutaraq UEFA Champions Leaguenin əsas mərhələsinə birbaşa vəsiqə əldə etmişdi.
Buna baxmayaraq, klub rəhbərliyi 42 yaşlı mütəxəssislə yolları ayırmağa üstünlük verib. Van Persinin “Feyenoord”la müqaviləsinin müddəti daha bir mövsümü əhatə edirdi.
Qeyd edək ki, Robin van Persi “Feyenoord” akademiyasının yetirməsidir və futbolçu karyerasına da məhz Rotterdam təmsilçisində başlayıb.