17 avqust 2026. Bazar ertəsi

Lui van Qal "Ayaks"dan ayrıldı


Lui van Qal "Ayaks"dan ayrıldı

Niderlandın "Ayaks" klubunda Lui van Qal dövrü başa çatıb.

90deqiqe.Az xəbər verir ki, klub əfsanəvi mütəxəssisin komandadan ayrıldığını rəsmən açıqlayıb.

74 yaşlı Van Qal 2023-cü ildən "Ayaks"ın Müşahidə Şurasında futbol məsələləri üzrə məsləhətçi kimi fəaliyyət göstərirdi.

Təcrübəli çalışdırıcı məşqçilik karyerası ərzində İspaniyanın "Barselona", Almaniyanın "Bavariya" və İngiltərənin "Mançester Yunayted" kimi nəhəng klublarını çalışdıraraq dünya futbolunda dərin iz qoyub.

Qeyd edək ki, Lui van Qal uzun illər həm klub, həm də milli komandalar səviyyəsində qazandığı uğurlarla futbol tarixinin ən tanınmış mütəxəssislərindən biri hesab olunur.







Niderland E.D.

PSV evdə qələbəni əldən verdi
  • Niderland E.D.
  • 00:09 09.08.2026
PSV evdə qələbəni əldən verdi