- Niderland E.D.
- 21:38 27.07.2026
Serbiya millisinin sabiq üzvü Duşan Tadiç karyerasını yenidən Niderland çempionatında davam etdirəcək.
90deqiqe.Az xəbər verir ki, 37 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə müqavilə imzalandığını "NEK Neymegen" klubu rəsmən açıqlayıb.
Təcrübəli futbolçu klubla 2028-ci ilin ortalarınadək qüvvədə olacaq iki illik müqaviləyə imza atıb.
Qeyd edək ki, Tadiç daha əvvəl də Niderlandda çıxış edib. O, müxtəlif illərdə "Qroningen" və "Ayaks"ın formasını geyinib. Ötən mövsüm isə BƏƏ-nin "Əl-Vəhda" klubunda çıxış edib.
"Transfermarkt" portalı serbiyalı futbolçunun transfer dəyərini 1,5 milyon avro qiymətləndirir.
Xatırladaq ki, "NEK Neymegen" ötən mövsüm Niderland çempionatını üçüncü pillədə başa vuraraq UEFA Çempionlar Liqasının təsnifat mərhələsinə vəsiqə qazanıb. Komanda üçüncü təsnifat mərhələsində Yunanıstanın "Olimpiakos" klubu ilə qarşılaşacaq.