13 avqust 2026. Cümə axşamı

"Borussiya Dortmund"un sabiq ulduzu "Ayaks"a keçdi


"Borussiya Dortmund"un sabiq ulduzu "Ayaks"a keçdi

Niderlandın "Ayaks" klubu Almaniya millisinin sabiq üzvü Yulian Brandtı heyətinə qatdığını rəsmən açıqlayıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, Amsterdam təmsilçisi azad agent statusunda olan 30 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalayıb.

Klubun idman direktoru Yordi Kroyff transferlə bağlı fikirlərini bölüşərək Brandtın "Ayaks"ı seçməsindən məmnun olduqlarını bildirib.

"Yulianın "Ayaks"ı seçməsi bizi çox sevindirir. Bir neçə aydır onunla danışıqlar aparırdıq. Onun başqa klublardan da təklif almaq və həmin komandalara keçmək imkanı var idi. Bu transfer sayəsində beynəlxalq təcrübəyə, yüksək keyfiyyətə və nümunəvi xarakterə malik futbolçunu heyətimizə cəlb etmişik. İnanıram ki, o, komandamıza ciddi keyfiyyət qatacaq", – deyə Kroyff vurğulayıb.

Qeyd edək ki, Yulian Brandt ötən mövsüm "Borussiya Dortmund" forması ilə bütün turnirlərdə 41 oyunda meydana çıxıb. Alman futbolçu bu görüşlərdə 11 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.







Niderland E.D.

PSV evdə qələbəni əldən verdi
  • Niderland E.D.
  • 00:09 09.08.2026
PSV evdə qələbəni əldən verdi
Duşan Tadiç Niderlanda qayıtdı
  • Niderland E.D.
  • 21:38 27.07.2026
Duşan Tadiç Niderlanda qayıtdı
Lui van Qal "Ayaks"dan ayrıldı
  • Niderland E.D.
  • 17:33 02.07.2026
Lui van Qal "Ayaks"dan ayrıldı