- Niderland E.D.
- 22:15 02.08.2026
Niderland Superkuboku uğrunda keçirilən qarşılaşmada PSV ilə AZ "Alkmaar" üz-üzə gəlib.
90deqiqe.Az-ın məlumatına görə, Eyndhoven təmsilçisi oyunun cəmi 9-cu dəqiqəsində azlıqda qalıb. Komandanın yarımmüdafiəçisi Yui Vermana birbaşa qırmızı vərəqə göstərilib.
Say üstünlüyündən maksimum yararlanan "Alkmaar" hesabı 25-ci dəqiqədə açıb. Meks Merdink fərqlənərək komandasını önə keçirib.
Fasilədən sonra da üstün oyun nümayiş etdirən Alkmaar təmsilçisi 51-ci dəqiqədə fərqi iki topa çatdırıb. Bu dəfə Uesli Patati rəqib qapısına yol tapıb, məhsuldar ötürmənin müəllifi isə Per Kopmeyners olub.
PSV-nin uğursuz oyunu 59-cu dəqiqədə davam edib. Elayca Deykstra hesabı 3:0-a çatdırıb.
Görüşdə son nöqtəni isə Ro-Zanjelo Dal qoyub. O, təyin olunan penalti zərbəsini dəqiq yerinə yetirərək AZ "Alkmaar"ın 4:0 hesablı inamlı qələbəsini və Niderland Superkubokunu rəsmiləşdirib.