5 avqust 2026. Çərşənbə

Ter Ştegen "Ayaks"a keçidinin sirrini açıqladı


Ter Ştegen "Ayaks"a keçidinin sirrini açıqladı

Niderlandın "Ayaks" klubu "Barselona"nın qapıçısı Mark-Andre ter Ştegeni icarəyə götürdüyünü rəsmən açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, 2026/2027 mövsümünün sonunadək nəzərdə tutulan icarə müqaviləsindən sonra almaniyalı qolkiper yeni komandaya keçidində Frenki de Yonqun mühüm rol oynadığını bildirib.

"Son günlər Frenki ilə çox danışdıq və müxtəlif mövzuları müzakirə etdik. Mənim üçün burada etibarlı əllərdə olduğumu bilmək çox vacib idi. Frenki bunu mənə əvvəllər də demişdi və bu, mənə rahatlıq verdi. O, çox dürüst insandır və həmişə düşündüyünü deyir. Onun sözləri məni arxayınlaşdırdı", - deyə ter Ştegen "Ayaks"ın mətbuat xidmətinə açıqlamasında bildirib.

Qeyd edək ki, "Barselona" ilə "Ayaks" arasında əldə olunan razılaşmaya əsasən, 34 yaşlı qolkiper 2026/2027 mövsümünü Amsterdam təmsilçisinin heyətində keçirəcək.







Niderland E.D.

Duşan Tadiç Niderlanda qayıtdı
  • Niderland E.D.
  • 21:38 27.07.2026
Duşan Tadiç Niderlanda qayıtdı
Lui van Qal "Ayaks"dan ayrıldı
  • Niderland E.D.
  • 17:33 02.07.2026
Lui van Qal "Ayaks"dan ayrıldı