5 avqust 2026. Çərşənbə

"Məqsədimiz "Ayaks"ı layiq olduğu yerə qaytarmaqdır"


"Məqsədimiz "Ayaks"ı layiq olduğu yerə qaytarmaqdır"

"Barselona"dan icarə əsasında "Ayaks"a keçən Mark-Andre ter Ştegen yeni komandasındakı hədəflərindən danışıb.

90deqiqe.Az-ın məlumatına görə, almaniyalı qolkiper zədəsini tam sağaltdığını və yeni mövsümə hazır olduğunu bildirib.

"Özümü yaxşı hiss edirəm və yaxşı formadayam. Bərpa prosesi, əlbəttə ki, çox çətin keçdi və məndən xeyli güc tələb etdi. Amma indi tam hazıram. Yenidən meydana çıxmaq və heç bir problem olmadan oynamaq mənə böyük sevinc verir. Ümid edirəm ki, bu mövsüm bütün oyunlarda qapını mən qoruyacağam. Biz "Ayaks"ı layiq olduğu yerə qaytarmalıyıq", - deyə ter Ştegen klubun mətbuat xidmətinə açıqlamasında bildirib.

Qeyd edək ki, "Ayaks" ötən mövsüm Niderland Erediviziyasında beşinci yeri tutub. Amsterdam təmsilçisi hazırda UEFA Konfrans Liqasında mübarizə aparır.

Komanda avqustun 6-da doğma meydanda İrlandiyanın "Şelburn" klubunu qəbul edəcək.







Niderland E.D.

Duşan Tadiç Niderlanda qayıtdı
  • Niderland E.D.
  • 21:38 27.07.2026
Duşan Tadiç Niderlanda qayıtdı
Lui van Qal "Ayaks"dan ayrıldı
  • Niderland E.D.
  • 17:33 02.07.2026
Lui van Qal "Ayaks"dan ayrıldı