21 sentyabr 2026. Bazar ertəsi

Filip Kostiç "Yuventus"dan ayrılıb PSV-yə keçdi


Filip Kostiç "Yuventus"dan ayrılıb PSV-yə keçdi

Serbiyalı futbolçu Filip Kostiç karyerasını Niderlandda davam etdirəcək.

90deqiqe.Az-ın məlumatına görə, PSV klubu 33 yaşlı sol cinah müdafiəçisi ilə ikiillik müqavilə imzalayıb.

Beləliklə, Kostiç "Yuventus"la yollarını ayıraraq 12 ildən sonra yenidən Niderland çempionatında çıxış edəcək.

Təcrübəli futbolçu karyerası ərzində "Radniçki", "Ştutqart", "Qroningen", "Hamburq", "Ayntraxt" (Frankfurt), "Yuventus" və "Fənərbağça"nın formasını geyinib.

PSV-nin rəsmi saytına danışan serbiyalı futbolçu yeni klubuna keçidindən məmnunluğunu ifadə edib:

"Bu transferə görə çox xoşbəxtəm. Peter Bosla söhbət etdikdən sonra bura gəlmək istəyim daha da artdı".







Niderland E.D.

PSV evdə qələbəni əldən verdi
  • Niderland E.D.
  • 00:09 09.08.2026
PSV evdə qələbəni əldən verdi