- Niderland E.D.
- 20:48 09.08.2026
Niderland çempionatının ilk turunda “PEK Zvolle” doğma meydanda Amsterdamın “Ayaks” klubunu qəbul edib.
90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
İlk hissədə komandalar fərqlənə bilməyiblər. İkinci hissənin əvvəlində isə meydan sahibləri azlıqda qalıblar. 48-ci dəqiqədə Şeral Floranus birbaşa qırmızı vərəqə alaraq komandasını 10 nəfərlə mübarizə aparmağa məcbur edib.
Say üstünlüyündən yararlanan “Ayaks” 76-cı dəqiqədə hesabı açıb. Jorti Mokio dəqiq zərbə ilə Amsterdam təmsilçisini önə keçirib.
Qonaqlar bununla kifayətlənməyərək hücumlarını davam etdiriblər. Matçın əsas vaxtına əlavə olunmuş dəqiqələrdə Julian Brandt “Ayaks”ın ikinci qolunu vuraraq yekun hesabı müəyyənləşdirib.
Beləliklə, “Ayaks” Niderland çempionatının ilk turunda səfərdə “PEK Zvolle”ni 2:0 hesabı ilə məğlub edib.