16 avqust 2026. Bazar günü

“Ayaks”ın qələbəsi son anda əldən çıxdı


“Ayaks”ın qələbəsi son anda əldən çıxdı

Niderland çempionatında “Ayaks” doğma meydanda “Herenven”lə qarşılaşıb.

90deqiqe.Az-ın məlumatına görə, görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Favorit statusunda meydana çıxan Amsterdam təmsilçisi qarşılaşmaya fəal başlayıb və 7-ci dəqiqədə hesabı açıb. “Herenven”in müdafiəçisi Bernt Klaverbur topu öz qapısına göndərərək “Ayaks”ı hesabda önə keçirib.

33-cü dəqiqədə meydan sahibləri fərqi iki topa çatdırıblar. Abdulla Uazan rəqib qapısına yol taparaq hesabı 2:0 edib.

İlk hissənin sonlarında qonaqlar fərqi azaldıblar. Yakob Trenskou fasiləyə qədər “Herenven”in ilk qolunu vurub.

İkinci hissədə “Ayaks” üstünlüyünü qorusa da, qarşılaşmanı qələbə ilə başa vura bilməyib. “Herenven” 90-cı dəqiqələrdə Makssans Rivera sayəsində hesabı bərabərləşdirərək səfərdən 1 xalla ayrılıb.







Niderland E.D.

PSV evdə qələbəni əldən verdi
  • Niderland E.D.
  • 00:09 09.08.2026
PSV evdə qələbəni əldən verdi