27 avqust 2026. Cümə axşamı

“Feyenoord” azarkeşlərini sərt cəzalandırdı


“Feyenoord” azarkeşlərini sərt cəzalandırdı

Niderlandın “Feyenoord” klubu azarkeşlərinin “Kambyur”la matç zamanı törətdiyi insidentlərə görə sərt qərar qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, belə ki, qarşılaşma zamanı “Feyenoord” fanatları pirotexniki vasitələr və digər əşyalarla meydanda qarşı tərəfin azarkeşlərinə hücum ediblər. Nəticədə bir neçə rəqib komandanın azarkeşi xəsarət alıb.

Hadisədən sonra klub rəhbərliyi növbəti iki səfər matçında azarkeşlərin iştirakına qadağa qoyub. Rotterdam təmsilçisi bu oyunlarda Nimegen və Zvolle şəhərlərində meydana çıxacaq.

Qeyd edək ki, “Feyenoord” Niderland çempionatının startında keçirdiyi ilk üç oyunda 2 qələbə qazanıb, 1 dəfə heç-heçə edib.







Niderland E.D.

PSV evdə qələbəni əldən verdi
  • Niderland E.D.
  • 00:09 09.08.2026
PSV evdə qələbəni əldən verdi