- Niderland E.D.
- 15:03 06.09.2026
Niderlandın “Tvente” klubunun texniki direktoru Erik ten Haq komandanın müdafiəçisi Rud Neyshtada “Barselona”nın maraq göstərməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
90deqiqe.Az xəbər verir ki, klub rəsmisinin sözlərini "RTV Oost"a yayıb.
“Ruda müxtəlif böyük klublardan çox ciddi maraq var. Bu, sirr deyil. Lakin o, burada qalmaq istəyir. Biz onunla müqaviləni təsadüfən uzatmamışıq. O, ən azı bu mövsüm karyerasını burada davam etdirmək, bizimlə uğur qazanmaq istəyir. Daha sonra nə baş verəcəyinə baxarıq”, - deyə Erik ten Haq bildirib.
Qeyd edək ki, 2026/2027 mövsümündə Rud Neyshtad bütün turnirlərdə 7 oyunda meydana çıxıb və 1 qolla yadda qalıb.
Futbolçunun “Tvente” ilə hazırkı müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.
“Transfermarkt”ın məlumatına görə, 24 yaşlı müdafiəçinin bazar dəyəri 10 milyon avro təşkil edir.