19 sentyabr 2026. Şənbə

PSV-nin müdafiəçisi mövsümü erkən başa vurdu


PSV-nin müdafiəçisi mövsümü erkən başa vurdu

Niderlandın PSV klubunun müdafiəçisi Adamo Naqalo ciddi sağlamlıq problemləri səbəbindən mövsümün qalan hissəsində meydana çıxa bilməyəcək.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə “De Telegraaf” məlumat yayıb.

Mənbə futbolçunun səhhətində yaranan problemin dəqiq xarakterini açıqlamayıb. Qeyd olunur ki, Naqalo yayda Türkiyənin “Çorum” klubuna keçməyə yaxın olub, lakin tibbi müayinədən keçə bilməyib.

Naqalo 2024-cü ilin yayında 7 milyon avro qarşılığında “Nordsyelland”dan PSV-yə transfer olunub. Daha əvvəl çiyin zədəsi səbəbindən uzun müddət futboldan kənarda qalıb.

Müdafiəçi PSV-nin əsas komandasında ümumilikdə 12 oyunda meydana çıxıb.

Naqalo bu mövsüm heç bir matçda iştirak etməyib və baş məşqçi Peter Bosun planlarına daxil deyil.







Niderland E.D.

PSV evdə qələbəni əldən verdi
  • Niderland E.D.
  • 00:09 09.08.2026
PSV evdə qələbəni əldən verdi