8 oktyabr 2026. Cümə axşamı

“Ayaks”ın hücumçusu mövsümü erkən başa vurdu


“Ayaks”ın hücumçusu mövsümü erkən başa vurdu

“Ayaks”ın hücumçusu Kasper Dolberq cari mövsümdə bir daha meydana çıxa bilməyəcək.

90deqiqe.Az-ın məlumatına görə, buna səbəb 27 yaşlı futbolçunun milli komandanın düşərgəsində aldığı ön çarpaz bağ zədəsidir. Dolberq ilk payız beynəlxalq fasiləsi zamanı zədələnib.

Danimarkalı hücumçu əməliyyatın uğurla həyata keçirildiyini açıqlayıb.

“Ön çarpaz bağ əməliyyatı uğurla keçdi. Təbii ki, buna sevinirəm, baxmayaraq ki, bu zədə ciddi uğursuzluqdur. Yaxın vaxtlarda bütün diqqətimi bərpa prosesinə yönəltməliyəm. Tezliklə reabilitasiyanı davam etdirmək üçün Amsterdama qayıdacağam”, – deyə “Ayaks”ın mətbuat xidməti Dolberqin sözlərini yayıb.

Qeyd edək ki, Kasper Dolberq bu mövsüm “Ayaks”ın heyətində 2 qola imza atıb.







Niderland E.D.