- Niderland E.D.
- 23:42 09.10.2026
“Barselona” və “Ayaks” klubları hər iki komandanın sabiq futbolçusu Yohann Kroyfun xatirəsinə xeyriyyə matçı təşkil edəcəklər.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə Niderland klubunun rəsmi saytı məlumat yayıb.
Qarşılaşma noyabrın 15-də Amsterdamda yerləşən “Yohann Kroyf Arena” stadionunda keçiriləcək. Matçdan əldə olunan bütün gəlir Kroyf Fonduna yönəldiləcək.
Hər iki klubun formasını geyinmiş Patrik Klyuyvert, Frank və Ronald de Bur qardaşları, Yari Litmanen və Rixard Vitsqe görüşdə iştiraklarını təsdiqləyiblər. Bundan başqa, Vesli Sneyder, Edvin van der Sar və Yan Vertongen də matçda meydana çıxacaqlar.
Qeyd edək ki, Yohann Kroyf üçqat “Qızıl top” laureatıdır. O, “Ayaks”ın heyətində üç dəfə Avropa çempionlar kubokunun qalibi olub, səkkiz dəfə Niderland çempionluğu, beş dəfə isə ölkə kubokunu qazanıb. “Barselona” ilə İspaniya çempionu və ölkə kubokunun sahibi olub.
Əfsanəvi futbolçu 2016-cı ildə 68 yaşında vəfat edib.