10 oktyabr 2026. Şənbə

PSV “Herenven”ə qalib gəldi


PSV “Herenven”ə qalib gəldi

Niderland çempionatının səkkizinci turunda PSV doğma meydanda “Herenven”i qəbul edib.

 90deqiqe.Az-ın məlumatına görə, Eyndhoven təmsilçisi qarşılaşmadan 2:0 hesablı qələbə ilə ayrılıb.

Oyunda hesab 29-cu dəqiqədə açılıb. Qus Til komandasının hücumunu dəqiq zərbə ilə tamamlayaraq PSV-ni önə keçirib.

İkinci hissədə də meydan sahibləri üstünlüklərini qoruyublar. 68-ci dəqiqədə “Herenven”in yarımmüdafiəçisi Markus Linday avtoqol müəllifi olub və PSV-nin qələbəsini möhkəmləndirib.

Qarşılaşmanın qalan dəqiqələrində hesab dəyişməyib və PSV üç xalı aktivinə yazdırıb.

Bu qələbədən sonra 16 xala malik PSV turnir cədvəlinin ikinci pilləsinə yüksəlib. Doqquz xalı olan “Herenven” isə 10-cu yerdə qərarlaşıb.







Niderland E.D.

PSV “Herenven”ə qalib gəldi
  • Niderland E.D.
  • 01:18 10.10.2026
PSV “Herenven”ə qalib gəldi