10 oktyabr 2026. Şənbə

“Feyenoord” "AZ Alkmar"ı məğlub etdi


“Feyenoord” "AZ Alkmar"ı məğlub etdi

Niderland çempionatının 8-ci turunda “Feyenoord” doğma meydanda "AZ Alkmar"la qarşılaşıb.

90deqiqe.Az-ın məlumatına görə, Rotterdam təmsilçisi görüşdən 2:0 hesablı qələbə ilə ayrılıb. Meydan sahibləri hər hissədə bir qol vuraraq qapılarını toxunulmaz saxlayıblar.

Matçda hesab 13-cü dəqiqədə açılıb. Naço Ferri fürsətdən yararlanaraq “Feyenoord”u önə keçirib. Qoldan sonra AZ Alkmar hesabı bərabərləşdirmək üçün hücumlarını artırsa da, fasiləyədək buna nail ola bilməyib.

İkinci hissədə də oyuna nəzarəti əlində saxlayan Rotterdam klubu 59-cu dəqiqədə fərqi artırıb. Xavyer Lopes komandasının ikinci qolunu vuraraq matçın yekun hesabını müəyyənləşdirib – 2:0.

Beləliklə, “Feyenoord” Niderland çempionatının səkkizinci turunda üç xal qazanıb.







Niderland E.D.

“Feyenoord” "AZ Alkmar"ı məğlub etdi
  • Niderland E.D.
  • 22:52 10.10.2026
“Feyenoord” "AZ Alkmar"ı məğlub etdi
PSV “Herenven”ə qalib gəldi
  • Niderland E.D.
  • 01:18 10.10.2026
PSV “Herenven”ə qalib gəldi