- Niderland E.D.
- 21:44 21.10.2026
Fevralın əvvəlində “Ayaks”a qoşulan Aleksandr Zinçenko ciddi diz zədəsi səbəbindən uzun müddətə sıradan çıxıb.
90deqiqe.Az xəbər verir ki, ukraynalı futbolçu Amsterdam təmsilçisinin heyətində cəmi iki oyunda meydana çıxdıqdan sonra zədələnib. Hazırda azad agent statusunda olan 29 yaşlı oyunçu bərpa prosesini davam etdirir.
“Ayaks” Zinçenkoya dəstək göstərərək reabilitasiyasının son mərhələsini klubun bazasında keçirməsinə şərait yaradıb. Bu barədə Amsterdam təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Karyerası ərzində Rusiyanın “Ufa” klubunda da çıxış etmiş Zinçenko ona yaradılan imkanlara görə “Ayaks”a təşəkkür edib.
Qeyd edək ki, “Transfermarkt” portalı Aleksandr Zinçenkonun bazar dəyərini 6 milyon avro qiymətləndirir.