1 noyabr 2026. Bazar günü

“Feyenoord” son dəqiqələrdə qələbəni əldən verib


“Feyenoord” son dəqiqələrdə qələbəni əldən verib

Niderland Erediviziyasının XI turunda “Feyenoord” doğma meydanda “Fortuna” ilə qarşılaşıb.

90deqiqe.Az-ın məlumatına görə, Rotterdam təmsilçisi uzun müddət hesabda öndə olsa da, görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

İlk hissədə komandalar fərqlənə bilməyiblər. Fasilədən sonra fəallaşan meydan sahibləri 59-cu dəqiqədə hesabı açıblar. Luçano Valente topu “Fortuna”nın qapısından keçirərək “Feyenoord”u önə çıxarıb.

Qoldan sonra qonaqlar hesabı bərabərləşdirmək üçün hücumlarını artırıblar. “Fortuna”nın səyləri matçın sonlarına yaxın nəticə verib. 86-cı dəqiqədə Şaylo 't Zand fərqlənərək hesabı bərabərləşdirib.

Beləliklə, tərəflər XI tur matçından hərəyə bir xalla ayrılıblar.







Niderland E.D.

PSV “Villem II”ni darmadağın etdi
  • Niderland E.D.
  • 23:54 31.10.2026
PSV “Villem II”ni darmadağın etdi
“Ayaks” NЕК-lə heç-heçə etdi
  • Niderland E.D.
  • 01:33 11.10.2026
“Ayaks” NЕК-lə heç-heçə etdi
“Feyenoord” "AZ Alkmar"ı məğlub etdi
  • Niderland E.D.
  • 22:52 10.10.2026
“Feyenoord” "AZ Alkmar"ı məğlub etdi
PSV “Herenven”ə qalib gəldi
  • Niderland E.D.
  • 01:18 10.10.2026
PSV “Herenven”ə qalib gəldi