- Niderland E.D.
- 23:54 31.10.2026
“Ayaks”ın hücumçusu Toluvulase Arokodare komanda yoldaşı, qapıçı Mark-Andre ter Ştegenlə məşqlər zamanı yaşadığı maraqlı anlardan danışıb.
90deqiqe.Az xəbər verir ki, ötən yay “Barselona”dan icarə əsasında Niderland klubuna qoşulan futbolçu belçikanın “Het Laatste Nieuws” qəzetinə müsahibəsində qapıçının məşqlərdəki çıxışını zarafatla şərh edib.
“Ter Ştegen məşqlərdə məni dəli edir. Bəzən onun ard-arda inanılmaz seyvlər etməsini izləmək adamı lap əsəbiləşdirir. Elə olur ki, onu vurmaq istəyirəm!” – deyə Arokodare bildirib.
Qeyd edək ki, “Ayaks”a keçidindən sonra Ter Ştegen bütün turnirlərdə 13 oyunda meydana çıxıb. Almaniyalı qapıçı bu görüşlərin üçündə qapısını toxunulmaz saxlayıb, ümumilikdə isə 19 qol buraxıb.
Ter Ştegenin “Barselona” ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.