- Niderland E.D.
- 23:54 31.10.2026
Niderland Erediviziyasının 11-ci turunda PSV doğma meydanda “Villem II”ni 7:0 hesabı ilə məğlub edib.
90deqiqe.Az-ın məlumatına görə, Eyndhoven təmsilçisi görüş ərzində tam üstünlük nümayiş etdirərək rəqib qapısından yeddi cavabsız top keçirib.
Hesab 20-ci dəqiqədə Mauro Juniorun qolu ilə açılıb. Fasiləyə az qalmış, 44-cü dəqiqədə Qus Til fərqi iki topa çatdırıb.
İkinci hissədə PSV-nin üstünlüyü daha da artıb. Sven Meynans 50-ci dəqiqədə üçüncü qolu vurub, üç dəqiqə sonra isə Ruben van Bommel hesabı 4:0 edib.
73-cü dəqiqədə Rikardo Pepi fərqlənib. 77-ci dəqiqədə Kodai Sano beş dəqiqə ərzində PSV-nin üçüncü qolunu vuraraq hesabı 6:0-a çatdırıb. Matçın yekun nəticəsini isə 81-ci dəqiqədə Şuriano Kornesio müəyyənləşdirib – 7:0.