- Niderland E.D.
- 02:02 01.11.2026
Niderland çempionatının 11-ci turunda Amsterdamın “Ayaks” klubu Alkmaar AZ-ni məğlub edib.
90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçın taleyini görüşün əvvəlində vurulan yeganə qol həll edib.
“Ayaks” 9-cu dəqiqədə hesabı açıb. Toluvolase Arokodare Abdella Uazanın ötürməsindən sonra dəqiq zərbə ilə topu rəqib qapısından keçirib.
Qoldan sonra AZ hesabı bərabərləşdirməyə çalışsa da, buna nail ola bilməyib. “Ayaks” minimal üstünlüyünü qoruyaraq matçdan üç xalla ayrılıb.