8 noyabr 2026. Bazar günü

PSV “Kambur”u darmadağın etdi


PSV “Kambur”u darmadağın etdi

Niderland çempionatının 12-ci turunda PSV səfərdə “Kambur”la qarşılaşıb.

90deqiqe.Az-ın məlumatına görə, Eyndhoven təmsilçisi rəqibini 5:2 hesabı ilə məğlub edib.

Qonaqlar matça sürətli başlayıblar. Sven Meynans ilk dəqiqədə hesabı açıb, 15-ci dəqiqədə isə dublunu rəsmiləşdirib. Bundan dörd dəqiqə sonra Ruben van Bommel PSV-nin üstünlüyünü üç topa çatdırıb.

“ Kambur” fasiləyə az qalmış fərqi azaldıb. Nikki Sauren 41-ci dəqiqədə fərqlənərək meydan sahiblərinə ümid verib.

İkinci hissədə, 78-ci dəqiqədə İvan Henstra və Rafiq Əl Arquiuinin iştirak etdiyi hücum “Kambur”un ikinci qolu ilə nəticələnib. Lakin meydan sahiblərinin sevinci cəmi iki dəqiqə çəkib. Meynans 80-ci dəqiqədə üçüncü qolunu vuraraq het-trik edib. Oyunda son nöqtəni isə Ayoni Santos qoyub.







Niderland E.D.

PSV “Kambur”u darmadağın etdi
  • Niderland E.D.
  • 22:01 08.11.2026
PSV “Kambur”u darmadağın etdi
PSV “Villem II”ni darmadağın etdi
  • Niderland E.D.
  • 23:54 31.10.2026
PSV “Villem II”ni darmadağın etdi
“Ayaks” NЕК-lə heç-heçə etdi
  • Niderland E.D.
  • 01:33 11.10.2026
“Ayaks” NЕК-lə heç-heçə etdi