23 noyabr 2026. Bazar ertəsi

Türkiyəli futbolçu səhhətinə görə futbola fasilə verib


Türkiyəli futbolçu səhhətinə görə futbola fasilə verib

Niderlandın “NEK Neymegen” klubu türkiyəli futbolçu Emre Morla yollarını ayırıb.

90deqiqe.Az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 29 yaşlı cinah oyunçusu səhhətinə və şəxsi rifahına diqqət yetirmək məqsədilə peşəkar futbolçu karyerasını müvəqqəti dayandırmaq qərarına gəlib.

Ötən yay Niderland təmsilçisi ilə ikiillik müqavilə imzalayan Emre Mor komandanın heyətində 7 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə verib.

Onun yeganə qolu UEFA Çempionlar Liqasının təsnifat mərhələsində “Olimpiakos”la qarşılaşmanın əlavə vaxtında qeydə alınıb.

Futbolçu bu qərarını səhhətində yaranan problemlərlə əlaqələndirib. O, hazırkı mərhələdə sağlamlığını ön plana çəkməli olduğunu bildirib.

Qeyd edək ki, Emre Mor Türkiyə millisinin heyətində 15 oyun keçirib və 1 qol vurub. O, karyerası ərzində “Qalatasaray” və “Fənərbağça” klublarının da formasını geyinib.







Niderland E.D.

PSV “Kambur”u darmadağın etdi
  • Niderland E.D.
  • 22:01 08.11.2026
PSV “Kambur”u darmadağın etdi
PSV “Villem II”ni darmadağın etdi
  • Niderland E.D.
  • 23:54 31.10.2026
PSV “Villem II”ni darmadağın etdi