- Offside
- 17:18 23.11.2024
Ümumdünya Antidopinq Agentliyinin (WADA) İcraiyyə Komitəsi Rusiyanı 4 il ərzində böyük beynəlxalq idman yarışlarından kənarlaşdırıb.
Corner.az xəbər verir ki, qərara əsasən Rusiya Olimpiya Oyunlarına, dünya və Avropa çempionatlarına, eləcə də digər beynəlxalq turnirlərə qatıla bilməyəcək. O cümlədən Rusiya beynəlxalq yarışlara da ev sahibliyi edə bilməz.
Bu qərar dövlət qulluqçularına, Milli Olimpiya Komitəsi və Milli Paralimpiya Komitəsinin rəhbərliyinə də şamil olunub. Rusiyalı dövlət qulluqçuları 4 il müddətinə beynəlxalq idman yarışlarında iştirak edə bilməyəcək.
Rusiyalı idmançılar Yay Olimpiya Oyunları və dünya çempionatına ancaq neytral statusda – bayraqsız və himnsiz çıxa bilər.