- Offside
- 23:59 16.12.2025
UFC-nin yüngül çəkidə mütləq çempionu Həbib Nurmaqomedov Ümrə ziyarətinə gedib.
Corner.az xəbər verir ki, bu barədə idmançı öz şəxsi "İnstagram" səhifəsində paylaşım edib.
31 yaşlı idmançı Kəbə evinin şəklini paylaşıb və bu sözləri yazıb: "Hər şeyi verdiyi üçün Allaha həmd olsun".
Nurmaqomedov qaydasız döyüş növündə (MMA) 28 qələbə qazanıb ki, bunlardan səkkizi nokautla baş verib.