17 dekabr 2025. Çərşənbə

3 komandaya texniki məğlubiyyət verildi


  • Offside
  • 13:43 18.12.2019
  • Oxunma sayı: 483
3 komandaya texniki məğlubiyyət verildi

Bu gün AFFA İntizam Komitəsinin (İK) iclası baş tutub.

Corner.az-ın məlumatına görə, komitə 3 komanda ilə bağlı sərt qərar qəbul edib.

Region Liqasının “Qardaşlar” – “Uğur” görüşündə ikincilər iştirak etmədiyindən, 0:3 hesablı texniki məğlubiyyətlə üzləşib.

U-13 Qızlar Liqasının “Amasiya” – “White City” oyununda “White City”nin heyətində yetər say limitinin pozulması 0:3 hesablı texniki məğlubiyyətə səbəb olub.

Futzal üzrə Azərbaycan liqasının I dəstəsinin “Zirvə Bakı” – “Çinar Cəbrayıl” qarşılaşmasında isə “Zirvə Bakı” təyin olunan vaxtda meydanda olmadığından, kluba 0:5 hesablı texniki məğlubiyyət verilib.







Offside