21 mart 2026. Şənbə

Kəpəzin sabiq futbolçusu faciəli şəkildə dünyasını dəyişdi


  • Offside
  • 19:57 19.12.2019
  • Oxunma sayı: 545
Kəpəzin sabiq futbolçusu faciəli şəkildə dünyasını dəyişdi

"Kəpəz"in sabiq futbolçusu Şadon Vinçester faciəvi şəkildə həlak olub.

Corner.az xəbər verir ki, o, avtomobil qəzasında həyatını itirib. 27 yaşlı tirindad və tobaqolu hücumçu vətənində Qasparilyo şəhəri yaxınlığında avto-qəzaya düşüb.


İşıq dirəyinə çırpılan Vinçesterin avtomobili yanmağa başlayıb. Onunla yanaşı, avtomobildə olan daha 3 nəfər dünyasını dəyişib.

Qeyd edək ki, 2017/2018-ci illər mövsümündə icarə əsasında "Kəpəz"in heyətində 8 oyunda meydana çıxmış Vinçester son olaraq Finlandiyanın SJK klubunda oynayıb. O, Tirindad və Tobaqo millisində  23 oyuna 6 qol vurmuşdu.(qol)







Offside