17 dekabr 2025. Çərşənbə

Zirə'nin legioner futbolçusunu qarət edənlər saxlanıldı


  • Offside
  • 11:54 21.12.2019
  • Oxunma sayı: 450
Zirə'nin legioner futbolçusunu qarət edənlər saxlanıldı

Bakıda əcnəbi futbolçunun pulunu oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, dekabrın 17-də Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə müraciət edən Botsvana Respublikasının vətəndaşı Mfo Kqasvane pulunun oğurlanmasını bildirib.

Araşdırmalarla müəyyən edilmişdir ki, həmin gün saat 17 radələrində N.Rəfibəyli küçəsində 2 azyaşlı ona yaxınlaşıb, sonradan isə o, cibindəki 15 manat və 500 ABŞ dollarının oğurlanmasını aşkar edib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakinləri olan 2 azyaşlı qız Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.

Qeyd edək ki, Mfo Kqasvame “Zirə”nin futbolçusudur.(report)







Offside