24 noyabr 2024. Bazar günü

Nigar Arpadarai deputatlığa namizədliyini irəli sürdü


  • Offside
  • 12:09 27.12.2019
  • Oxunma sayı: 440
Nigar Arpadarai deputatlığa namizədliyini irəli sürdü

Azərbaycan Qran-prisinin siması olan - Bakı Şəhər Halqasının Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai 9 fevral parlament seçkilərində iştirak qərarı verib.

Corner.az-ın xəbərinə görə, bu barədə xanım Arpadarai  özü şəxsi  “Feysbuk” səhifəsində bildirib .

O, yazıb: "Ətraflı düşünəndən sonra, ailəm, yaxınlarım və hörmət etdiyim insanlarla müzakirə və məsləhətləşmədən sonra 9 fevral tarixində keçiriləcək Milli Məclisə seçkilər prosesinə namizəd qismində qatılmağa qərar verdim. Səmimi qəlbdən inanıram ki, ölkəmiz və xalqımız bu gün tarixində son dərəcə vacib bir mərhələdən keçir. Dövlət idarəçiliyinə gənclərin cəlb olunması, modernizasiya, inkişaf kimi anlayışlar, adi söz olmayıb, gələcəyin təminatıdır. Bizim və övladlarımızın gələcəyinin təminatı! Ailəsinin və övladlarının gələcəyini, doğma vətənimiz Azərbaycan ilə bağlayan bir insan üçün, bu proseslərdən, xüsusilə də yeni nəsil Parlamentinin, qanunverici və təmsilçi orqanın, formalaşması prosesindən kənarda qalmaq doğru deyil. Sənədlərimi doğulduğum, yaşadığım və işlədiyim gözəl və sevimli şəhərimizin mərkəzi rayonu olan 29 saylı Səbail Seçki Dairəsinə bitərəf namizəd kimi, qeydiyyat üçün təqdim etdim. Bütün həmvətənlərimi seçki prosesində fəal iştirak etməyə və bununla da Prezidentimizin inkişaf və islahatlara yönəlmiş səylərini dəstəkləməyə çağırıram”.







Offside