- Offside
- 17:18 23.11.2024
Həbib Nurmaqamedovun meneceri Əli Abdel-Əziz sabiq UFC çempionu Konor Makreqorla revanş döyüşünün keçirilməsi haqda çağırışa cavab verib.
Corner.az-ın xəbərinə görə, o, xarici mediaya açıqlamasında promouter Dena Uaytın bununla bağlı fikrinə cavab olaraq deyib:
“Hər kəsin özünün planı var. Bəzən bizim fikirlərimiz üst-üstə düşmür, bəzən isə razılığa gəlirik. Amma bizi Makreqorla döyüş maraqlandırmır. Bundan başqa, düşünürük ki, o, Donald Serroneyə uduza bilər”.
Xatırladaq ki, Həbib və Konor 2018-ci ilin oktyabrnda qarılaşıblar. Həmin görüşdə dağıstanlı idmançı qələbə 4-cü raundda qələbə qazanıb.(qol)