21 mart 2026. Şənbə

Məşhur basketbolçu helikopter qəzasında öldü


  • Offside
  • 01:05 27.01.2020
  • Oxunma sayı: 552
Məşhur basketbolçu helikopter qəzasında öldü

Məşhur basketbolçu Kobe Bryant helikopter qəzası nəticəsində dünyasını dəyişib.


Corner.az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə səhər saatlarında Kaliforniyada baş verib.

Ehtimala görə, qəzaya düşən "Sikorsky S-76" tipli helikopterin içində "Los Angeles Lakers"in əfsanəsinin qızı Gianna da daxil olmaqla, üç sərnişin və pilot olub.

Qeyd edək ki, "Black Mamba" ləqəbli basketbolçunun 41 yaşı var idi. O, karyerasını 2016-cı ildə başa vurmuşdu.







Offside