7 dekabr 2025. Bazar günü

Millimiz Xorvatiyaya uduzdu


  • Offside
  • 01:11 30.01.2020
  • Oxunma sayı: 500
Millimiz Xorvatiyaya uduzdu

Bu gün futzal üzrə Azərbaycan millisi dünya çempionatının elit-raund mərhələsində ilk oyununu keçirib.

Corner.az xəbər verir ki, rəqib Xorvatiya yığması olub. Osiek şəhərindəki “Qradski vrt Arena”da keçirilən matç xorvatların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

C qrupunda bu komandalardan başqa Rusiya və Slovakiya yığmaları da yer alıb. Reqlamentə əsasən, elit-raundda qrup qalibi olacaq 4 komanda birbaşa dünya çempionatına yüksələcək. Qrupları ikinci pillədə başa vuranlar isə "pley-off"da üz-üzə gələcəklər. Mundial 12 sentyabr - 4 oktyabrda Litvada təşkil olunacaq.

Xorvatiya - Azərbaycan - 2:0
Qollar:
 Luka Periç, 03:02. Franko Yelovçiç, 37:43.







Offside