- Offside
- 17:18 23.11.2024
Beynəlxalq Şahmat Federasiyası (FİDE) fevral ayı üçün reytinq siyahısını açıqlayıb.
Corner.az-ın qurumun saytına istinadən xəbərinə görə, ötən ayla müqayisədə azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov 2770 reytinqlə 8-ci pillədəki yerini qoruyub.
Son dünya kubokunun qalibi Teymur Rəcəbov (2765) 1 pillə irəliyəyərək 10-cu pilləyə yüksəlib.
Digər şahmatçılarımızdan Nicat Abbasov (2670) 67-ci, Qədir Hüseynov (2666) 72-ci olub. Bundan əvvəlki reytinqdə 85-ci olan Rauf Məmmədov isə "100-lük"dən kənarda qalıb.
Qadınlar arasında Günay Məmmədzadə 28-ci (2455), Gülnar Məmmədova (2386) 75-ci, Ülviyyə Fətəliyeva (2377) 86-cı pillədə qərarlaşıb.
Qeyd edək ki, kişi şahmatçılar arasında siyahıya Norveç şahmatçısı Maqnus Karlsen (2862) başçılıq edir. Fabiano Karuana (ABŞ, 2842) ikinci, Liren Dinq (Çin, 2805) üçüncüdür