- Offside
- 23:30 04.12.2025
Azərbaycan Prezidenti İlham Əliyev Avropa çempionatında uğur qazanan yunan-Roma güləşi üzrə milli komandamızı təbrik edib.
Corner.az xəbər verir ki, dövlət başçısı özünün Tvitter hesabında yazıb:
“Avropa çempionatında yunan-Roma güləşi üzrə tarixdə ilk dəfə 6 medal qazanan milli komandamızın möhtəşəm qələbəsi münasibətilə idmançılarımızı, məşqçilərimizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm”.