- Offside
- 17:18 23.11.2024
Azərbaycanın sərbəst güləşçisi Cəbrayıl Həsənov İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında növbəti görüşünü keçirib.
Corner.az-ın məlumatına görə, 79 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/4 finalda Ermənistan təmsilçisi Arman Avaqyanla üz-üzə gəlib. Qarşılaşmadan 8:4 hesabı ilə qalib ayrılan Həsənov yarımfinala yüksəlib. Məğlubiyyəti həzm edə bilməyən ermənilər iki dəfə qərara etiraz ediblər. Lakin onların "çelenc"lərindən yalnız biri təmin olunub.
Qeyd edək ki, 3 qat Avropa çempionu Cəbrayıl Həsənov təsnifat mərhələsində Nika Kentçadzeni (Gürcüstan), ardınca isə Omarasxab Nacmudinovu (Rumıniya) məğlub edib. Bu gün həmçinin Ağahüseyn Mustafayev (70 kq) erməni Gevorq Mxeyanı məğlub edib.(report)