- Offside
- 17:18 23.11.2024
Bu il Yaponiyanın paytaxtı Tokioda keçirilməsi nəzərdə tutulan Yay Olimpiya Oyunları baş tutmaya bilər.
Corner.az xəbər verir ki, bunu Beynəlxalq Oimpiya Komitəsinin (BOK) nümayəndəsi Riçard Paund “apnews”a açıqlamasında deyib. Onun sözlərinə görə, koronavirus epidemiyası qarşıdakı iki ay ərzində azalmasa,turnir keçirilməyəcək:
“Şübhəsiz ki, hər şeyə yaxın iki ay ərzində, yəni may ayına qədər qərar veriləcək. Çünki o zaman Olimpiya Oyunlarında hazırlığın son mərhələsi başlamalıdır. Bu, hazırlıq mərhələsinə mane olarsa, onda turnirin ləğvi barədə düşünə bilərik. Ancaq bildiyimə görə, hər şey plan üzrə gedir və olimpiada olacaq. Hər şey problemin olmayacağını göstərir. Ona görə də idmançılar yarışa hazırlaşsınlar. Ancaq əmin olsunlar ki, BOK onları epidemiya olan yarışa göndərməz”.
Qeyd edək ki, artıq Çində 77658 insan koronavirusa yoluxub və onlardan 2663-ü ölüb.