21 mart 2026. Şənbə

FIFA mart və aprel ayındakı oyunların təxirə salınmasını tövsiyə etdi


  • Offside
  • 11:26 14.03.2020
  • Oxunma sayı: 428
FIFA mart və aprel ayındakı oyunların təxirə salınmasını tövsiyə etdi

FİFA koronavirus səbəbindən milli komandaların iştirakı ilə mart və aprel aylarına planlaşdırılan oyunların təxirə salınmasını tövsiyə edib. 

Corner.az-ın məlumatına görə, bu barədə FIFA-nın rəsmi saytı məlumat yayıb. Bildirilib ki, son qərar yarışın təşkilatçıları və müvafiq qurumlar tərəfindən qəbul olunacaq. 

Qeyd edək ki, FIFA daha öncə Asiya və Cənubi Amerikada keçirilməsi planlaşdırılan DÇ-2022-nin seçmə mərhələyə oyunlarını təxirə salıb. UEFA martın 17-də 55 milli assosiasiyanın iştirakı ilə video-konfrans təşkil edəcək. Müzakirələr bütün daxili və qitəmiqyaslı yarışları, habelə AVRO-2020-ni əhatə edəcək.

Xatırladaq ki, Avropanın və dünyanın bir sıra ölkəsində koronavirus pandemiyasına görə çempionatlar dayandırılıb.(report)







Offside