11 may 2026. Bazar ertəsi

Serbiya Futbol Birliyinin prezidentində koronavirus aşkarlandı


  • Offside
  • 17:39 14.03.2020
  • Oxunma sayı: 403
Serbiya Futbol Birliyinin prezidentində koronavirus aşkarlandı

Serbiya Futbol Birliyinin (FSS) prezidenti Slaviş Kokez koronavirusa yoluxub. 

Corner.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, 43 yaşlı funksionerin testi müsbət nəticə verib. FSS rəhbərinin hazırda tibbi nəzarət altında olduğu bildirilib. Kokezin durumunun yaxşı olduğu vurğulanıb və təşkilat fəaliyyətini davam etdirir.

Qeyd edək ki, Slaviş Kokez 2016-cı ildən Serbiya Futbol Birliyinin prezidentidir. 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 149 ölkədə qeydə alınıb.(report)







Offside