21 mart 2026. Şənbə

Argentina klubu Super Liqa Kubokuna çıxmaqdan imtina etdi


  • Offside
  • 16:24 15.03.2020
  • Oxunma sayı: 399
Argentina klubu Super Liqa Kubokuna çıxmaqdan imtina etdi
Argentinanın “River Pleyt” klubu dünyada sürətlə yayılmaqda olan koronavirus pandemiyasına görə fəaliyyətini müvəqqəti dayandırıb.
 
Corner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
“River Pleyt” sözügedən virusa görə Argentina Super Liqa kubokunda “Atletiko Tukuman”la olan oyuna çıxmaqdan da imtina edib. Amma “River Pleyt”in qərarı Argentina Futbol Federasiyası tərəfindən müsbət qəbul edilməyib. Federasiyanın məlumatı olmadan bu qərarın verilməsi, kluba sanksiyaların tətbiq olunmasına gətirib çıxara bilər.
 
Qeyd edək ki, “Atletiko Tukuman” Super Liqa kuboku oyunu üçün Buenos-Ayresə gəlsə də, “River Pleyt”in stadionu bağlı olub.






Offside