İsveçrə Futbol Federasiyasının prezidenti Dominik Blankda koronavirusa yoluxub.
Corner.az xəbər verir ki, bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, 70 yaşlı funksioneri boğaz ağrısı və öskürəklə bağlı şikayətlərinə görə həkim müayinəsindən keçib və onun koronavirusa yoluxduğu müəyyənləşib.
Blankın xəstəliyi üzə çıxan kimi federasiya binasının bu gündən etibarən fəaliyyətini dayandırdığı və digər işçilərin də nəzarətə götürüldüyü açıqlanıb.
Qeyd edək ki, ötən gün Serbiya Futbol Federasiyasının prezidenti Slaviş Kokezada koronavirus aşkarlanmışdı.